Bakıda cinayət törədən məktəbli tutuldu

16 Dekabr 2015 12:59 (UTC+04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində qeydə alınıb.

Qəsəbə sakini Araz Yaqubov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Hüccət Nəsirzadə tutulub

Hüccət Nəsirzadə orta məktəbin 11-ci sinif şagirdi olduğu bildirilir.

Hacı Zeynalov