Putin Əsədin taleyinə aydınlıq gətirdi

17 Dekabr 2015 15:07 (UTC+04:00)

"Əsədin taleyini Suriya müəyyənləşdirməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, digər dövlətlərin Suriyanı kimin idarə etməsi ilə bağlı suallar maraqlandırmamalıdır: "Bu, beynəlxalq hüquqlara ziddir. Suriya xalqı özü prezident Bəşər Əsədin bu vəzifədə qalıb-qalmayacağını müəyyən etməlidir. ABŞ dövlət katibi Con Kerri ilə bu məsələni müzakirə etdik. Ancaq Rusiyanın mövqeyi dəyişməzdir".

Putin Suriyadakı Rusiya hərbi bazası məsələsinə də toxunub: "Mən bilmirəm ki, bu baza bizə lazımdır ya yox. Bizim üçün bu ölkədə baza nəyə lazımdır?".

Samir