Məleykə Əsədova: “Ana özü bilə-bilə…”

18 Dekabr 2015 13:16 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova övladını küçəyə atan analara etiraz edib.

Teleqraf.com xəbər verir ki, “Günəbaxan” verilişində uşağını atan anaları ittiham edib: “Mən tez-tez uşaq evlərinə gedirəm. Orada nə qədər geyindirsələr, yedizdirsələr də ananın yerini vermir. Ana özü bilə-bilə uşaqlarını atırsa bu, dəhşətdir. Biri var ki, ana xəstə olduğu üçün, uşağına baxa bilmədiyinə görə onu uşaq evinə verir. Bilir ki, bu vəziyyətdə övladına baxa bilməz. Amma uşağı küçələrə, zibil qutusuna atmaq öldürmək deməkdir. Bu isə cinayətdir”.

Rəqsanə