Manyak avtobusda qıza təcavüz etdi - FOTO

18 Dekabr 2015 22:53 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində sərnişin avtobusunda gənc qıza qarşı iyrənc hərəkət edib.

Naməlum şəxs avtobusda qıza qarşı seksual xarakterli hərəkətlər edib. O, qızın sinəsinə toxunub. Qız isə həmin şəxsə özünü yığışdırmağı tələb edib. Lakin manyak qızdan əl çəkməyib və ona sataşmaqda davam edib. Maraqlıdır ki, avtobusda olan sərnişinlərin heç biri manyaka mane olmayıb.

Sərnişinlərdən biri hadisəni telefonla çəkərək polisə təqdim edib.

Polis axtarışlara başlayıb.