Obama tətilə çıxdı

18 Dekabr 2015 22:35 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama bayram tətilini Havay adalarında keçirəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Obamanın bu gün ailəsi ilə birlikdə ora yola düşəcəyi bildirilib.

Qeyd edək ki, Obama 1961-ci ildə Havay adalarında dünyaya gəlib.

Samir