Ronaldinyo Avropaya qayıdır

20 Dekabr 2015 15:10 (UTC+04:00)

Braziliya millisinin sabiq üzvü Ronaldinyo karyerasını yenidən Avropada davam etdirə bilər.

Teleqraf.com Sport7.az-a istinadən xəbər verir ki, futbolçunun xidmətindən İsveçrənin "Sion" klubu maraqlıdı.

Klubun idarə heyətinin üzvü Marko Daqennaro cari mövsümdə mübarizə apardıqları 3 yarışda iddialı olduqlarını və buna görə qış transfer dönəmində önəmli oyunçuları heyətlərinə qatmaq istədiklərini bildirib. O, Ronaldinyonun "Sion" üçün əla transfer olacağını qeyd edib.

Qeyd edək ki, Ronaldinyonun sonuncu iş yeri ölkəsinin "Fluminense" klubu olub.