Bərdədə 2 otaqlı ev yandı

22 Dekabr 2015 09:11 (UTC+04:00)

Bərdədə 2 otaqlı ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bərdə rayonu, Otuzikilər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları 56 kv.m sahədə yanmışdır.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur.