Bakıda oğurluq edən qadın tutuldu

22 Dekabr 2015 14:51 (UTC+04:00)

Bakının Nizami rayonunda oğurluq edən qadın həbs edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs dekabrın 10-da Xanım Abbasovanın 100 manatını oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Aytən Süleymanova saxlanılıb.

Hacı Zeynalov