Şabranda qadın dəm qazından zəhərlənərək öldü

23 Dekabr 2015 13:05 (UTC+04:00)

Şabran rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dəvəçi kəndində qeydə alınıb.

Kənd sakini Bənzər Yaqubova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov