Tovuzda oğurluq edən keçmiş məhkum yaxalandı

23 Dekabr 2015 14:56 (UTC+04:00)

Tovuz rayonunun Qovlar kəndində yaşayan Ziyafət Hümbətovanın evindən açar seçmək yolu ilə geyim və məişət əşyaları oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Ziyafət Hümbətov baş vermiş hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev tutulub.

Hacı Zeynalov