Bakıda iki gənc birləşərək 79 yaşlı kişini döydülər

24 Dekabr 2015 11:07 (UTC+04:00)

Bakının Nərimanov rayonunda yaşlı kişi döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.M.Cümə küçəsi, ev 9 ünvanını qarşısında baş verib.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Kənan Əliyev və 1981-ci il təvəllüdlü Xəyal Abbasov şəxsi münasibətlər zəminində 1936-cı il təvəllüdlü Əhliman Aslanovu döyüblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov