Gəlinini öldürən qayınata məhkəmə qarşısında

24 Dekabr 2015 14:51 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini gülləyərək öldürmək təqsirli bilinin 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin iyulun 25-də Qusar rayonu, Avaran kəndində baş verib. Kənd sakini 78 yaşlı Amaxan Nəcəfov gəlini, 38 yaşlı Sevinc Məmmədovanı ov tüfəngi ilə bir dəfə atəş açaraq, öldürüb. Hadisəni ailə münaqişəsi zəminində törədildiyi bildirilib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.

Hacı Zeynalov