Türkiyədə qayıq batdı: 18 ölü

24 Dekabr 2015 16:29 (UTC+04:00)

Türkiyənin İzmir bölgəsinin Dikili rayonunda miqrantları daşıyan qayıq batıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Sahil Mühafizə Xidməti məlumat yayıb.

Hadisə zamanı 18 nəfər həyatını itirib, 2 miqrantın axtarışı isə davam etdirilir. Ölənlərdən 6-ı azyaşlı olub. Ümumilikdə isə hadisə nəticəsində qayıqda olan 21 nəfər xilas edilib.

Samir