Qüdsdə toqquşma: 1 ölü, 15 yaralı

26 Dekabr 2015 19:42 (UTC+04:00)

Qüdsün şərqində İsrail əsgərləri ilə fələstinli qrup arasında toqquşma baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 fələstinli həyatını itirib, 15-i xəsarət alıb.

Rəsmi məlumatlara görə, toqquşmalar zamanı 29 fələstinli həbs olunub. İsrail polisi kütləni dağıtmaq üçün qaz bombasından istifadə edib.

Samir