Ukrayna Türkiyə və İsraillə razılaşdı

27 Dekabr 2015 02:00 (UTC+04:00)

Ukrayna İsrail vəTürkiyə ilə azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparır.


Axar.az TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukraynanın Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Nataliya Mikolskaya verib.


Onun sözlərinə görə, artıq ikitərəfli görüşlərə start verilib:

“Biz İsrail və Türkiyə nümayəndə heyətləri ilə səmərəli ticarət münasibətlərinin yaradılması haqda müzakirələr aparmışıq. Adı çəkilən dövlətlərlə azad ticarət zonasının yaradılması Ukraynaya böyük fayda verəcək”.