HƏMAS İsraili hədələdi - Savaş

27 Dekabr 2015 22:59 (UTC+04:00)

İsrailin Qəzzaya qarşı başlayacağı yeni müharibənin nəticələri onun üçün ağır olacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında HƏMAS-ın Siyasi Bürosunun sədr müavini İsmayıl Haniyə deyib. Onun sözlərinə görə, Fələstinin Müqavimət Hərəkatı İsraillə bütün savaşlardan güclənərək çıxıb:

“Fələstin Müqavimət Hərəkatı bu gün əvvəlki dövrlərdən daha güclüdür. İsrail bütün hücumlarının qarşılığını çox ağır ödəyəcək”.