SOCAR Özbəkistanda birgə müəssisə yaradır

28 Dekabr 2015 14:01 (UTC+04:00)

SOCAR və "Özbəkneftqaz" milli holdinq şirkəti enerji texnologiyalarının Özbəkistanın neft-qaz sahəsində tətbiqi üzrə birgə müəssisə yaratmaq niyyətindədir.

Bu barədə Trend "Sputnik Özbəkistan"a istinadən məlumat verir.

"Özbəkneftqaz"ın nümayəndəsi qeyd edib ki, tərəflər birgə müəssisənin paritet əsaslarda yaradılması barədə memorandum imzalayıb.