Kadırov Poroşenkonu təhqir etdi

29 Dekabr 2015 13:41 (UTC+04:00)

"Ukrayna hakimiyyəti Qərb ölkələri ilə əlaqələri genişləndirən zaman öz dövlətinin mənafeyini unudub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Onun sözlərinə görə, Ukraynanın hazırki hakimiyyətinin əsas məqsədi Qərb ölkələrinin əmrlərini gözübağlı yerinə yetirməkdən ibarətdir: "Ukrayna prezidenti Petro Poroşenko və Baş nazir Arseni Yatsenyuk kukla teatrının aktyorlarıdır. Onlar vətənpərvər deyil, Ukrayna xalqı və dövlətinin hüquqlarını müdafiə etmirlər. Rusiya Ukrayanda yerli sakinlərin hüquqlarını müdafiə etməyə çalışır".

Samir