İstanbul limanında partlayış

29 Dekabr 2015 20:52 (UTC+04:00)

İstanbul şəhərində yerləşən Heydərpaşa limanının dayanacağında yük maşını partlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan dövlət nömrə nişanlı yük avtomobilinin partlama səbəbi məlum deyil.

Şahidlərin sözlərinə görə, partlayışdan öncə avtomobildə yanğın baş verib. Hadisə nəticəsində sürücü ağır yaralı halda xəstəxanaya çatdırılıb.

Samir