Tanınmış diktor: “Sevinirəm ki, bu il də yaşadım”

29 Dekabr 2015 17:47 (UTC+04:00)

“Sevinirəm ki, bu il də yaşadım. Mənim üçün hazırda əsas məsələ budur”.

Bu sözləri Teleqraf.com-a tanınmış diktor Rafiq Hüseynov deyib: “Hazırda ancaq səhhətim haqqında düşünürəm. Məni başqa heç nə maraqlandırmır. Nostalji hisslərə qapılan insan deyiləm. Hər vaxt zamanla ayaqlaşmağa çalışıram. Hər ilin, hər yaşın öz gözəlliyi var. Ona görə də həyatda gözəl yaşamaq lazımdır. Səhhətim normaldır. Türkiyəyə müayinəyə gedib-gəlirəm”.

R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir.

Rəqsanə