"Mançester Siti"nin yeni loqosu - FOTO

30 Dekabr 2015 08:18 (UTC+04:00)

Mançester Siti" növbəti mövsüm üçün yeni loqosunu təqdim edib.

"Şəhərlilər"in yeni loqosu əvvəlkindən fərqli olaraq dairəvi dizaynda hazırlanıb.

Azarkeşlər arasında aparılan səsvermədə 85 faiz yeni loqoda gəmi təsvirinin saxlanılmasına səs verib. 34 faiz isə əvvəlki loqonun qalmasının tərəfdarı olub.

Qeyd edək ki, "Mançester Siti" 1997-ci ildən hazırkı loqo ilə çıxış edib.