​ABŞ prezidentliyinə namizədlərdən biri azaldı

30 Dekabr 2015 09:54 (UTC+04:00)

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olmaq istəyən Corc Pataki siyasi yarışmadan geri çəkilib.

"Bu axşam prezidentlik uğrunda mübarizəni dayandırarkən, doğru seçim edəcəyinizə əminəm. Bizi bir araya gətirə biləcək siyasətçiləri başa düşən, insanların ağası deyil, xidmətçisi olacaq birini seçəcəksiniz. ABŞ-ın gözəl günləri hələ qabaqdadır",- deyə Corc Pataki vurğulayıb.

O,1995-2006-cı illərdə Nyu-Yorkun valisi olub. 65 yaşlı Pataki terrorçu İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın İraqa quru qoşununu göndərməsinin vacibliyini söyləmişdi.

Qeyd edək ki, Corc Pataki geri çəkiləndən sonra Respublikaçılar Partiyasından prezidenliyə namizdliyə iddiaçıların sayı 11 nəfərə düşüb.

Report.az