İlhamə Quliyeva: “Gələn il şou-biznesdə çox şeyi dəyişəcəm”

30 Dekabr 2015 16:50 (UTC+04:00)

Xalq artisti İlhamə Quliyeva Yeni ili ailəsi ilə birlikdə qeyd edəcək.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, o, Yeni ili qarşılamağa hazırlaşır: “Yeni il ailəmlə, dostlarımla restoranların birində qarşılayacağıq. Bütün xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm”.

Xalq artisti onu da bildirib ki, gələn il şou-biznesdə bir sıra dəyişikliklər edəcək: “Şou-biznesdə çox şeyi dəyişmək lazımdır və dəyişəcəm. Lazımsız məqamlar çoxdur və bunu yoluna qoymaq lazımdır”.

Rəqsanə