Bakıda iki qadın dəm qazından zəhərlənərək öldü

31 Dekabr 2015 14:57 (UTC+04:00)

Bakının Xətai rayonu ərazisində faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Gülnisə Şahbazova evində dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Nizami rayonu ərazisində yaşayan Məleykə Əliyeva mənzillərində dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov