Qubad İbadoğlu Bakıda - FOTO

31 Dekabr 2015 22:50 (UTC+04:00)

Tanınmış iqtisadçı, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikadan vətənə dönüb. Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Facebook profilində yazıb:

"Yeni ili Vətənimdə, Bakıda anamın və doğmalarımın əhatəsində keçirmək mənə içimdəki qürbət havasını unutdurdu. İqtisadi təlatümlərlə zəngin 2015-ci ili bir azdan geridə qoyacağıq. Harada yaşamasından asılı olmayaraq bütün həmvətənlilərimi Yeni il və Həmrəylik Bayramları münasibəti ilə təbrik edir, hamıya cansağlığıı, xoşbəxtlik və iqtisadi cəhətdən sabit, sosial baxımdan təminatlı bir il arzulayıram.

Bayramlarınız mübarək əziz həmvətənlilərimiz!"

Qeyd edək ki, Q. İbadoğlu xeyli müddətdir Amerikada idi. Bir çoxları onun daha Bakıya dönməyəcəyi qənaətində idi.