Xınalıq yolunda hərəkət bərpa edildi - FOTO

1 Yanvar 2016 00:52 (UTC+04:00)

Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.


Bu barədə Report-a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib.


Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.


Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.