Brüsseldə terror həyəcanı: 7 nəfər saxlanıldı

1 Yanvar 2016 01:21 (UTC+04:00)

Yeni il şənliklərinin ləğv edildiyi Belçikanın paytaxtı Brüsseldə polis terrorla mübarizə adı altında əməliyyat keçirib.


Axar.az xəbər verir ki, polis qüvvələrinin şübhəli şəxslərin evlərinə təşkil etdiyi əməliyyatlar zamanı 7 nəfər saxlanılıb.


Belçika polisi yeni il axşamı Brüsseldə terror təhlükəsini nəzərə alaraq əməliyyatların sayını artırıb.