Hamilə qadını bıçaqlayıb milyonunu apardılar - VİDEO/FOTO

1 Yanvar 2016 21:38 (UTC+04:00)

Rusiya paytaxtı Moskada iki nəfər şəxs hamilə qadına hücum edib.

Cinayətkarlar qadını və ərini döyərək pul olan çantanı alaraq aradan çıxıblar.

Çantanın içində iki milyon rubl pul olub. Özbəkistandan olan ailəyə hücumun anı müşahidə kamerasına düşüb. İki cinayətkarın zərərçəkmişlərin üstünə necə atıldıqları və onların çantasını ələ keçirdikləri kadrlardan da aydın görünür.

Polisdən verilən məlumatda qeyd edilir ki, soyğunçulara müqavimət göstərən hamilə qadın qarın nahiyəsindən bıçaq zərbəsi alıb. Hazırda zərər çəkənlər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunçuların şəxsiyyətlərini təyin etməyə çalışırlar. Hücüma məruz qalan Özbəkistandan olan cütlük Kursk bazarında ət dükanına sahibdilər./ANS PRESS