İdman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmasına başlanıb

1 Yanvar 2016 11:15 (UTC+04:00)

Yanvarın 1-dən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunur.


Bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.


Beləliklə, 2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq./APA