Dubayda yanğın zamanı Azərbaycan vətəndaşları zərər çəkməyib

1 Yanvar 2016 10:59 (UTC+04:00)

Dubayda baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan vətəndaşlarının olub - olmaması məsələsini araşdırır. Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.