Ərdoğan Obama ilə görüşəcək

2 Yanvar 2016 13:58 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin yazında ABŞ-a səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Haber 7” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə lideri Səudiyyə Ərəbistanına səfər edəndən sonra 2016-cı il martın 1-də ABŞ-a səfər edəcəyi ilə bağlı planlarının açıqlayıb.

Ərdoğan bildirib ki, Merilend ştatında ABŞ prezidenti Barak Obama ilə də görüşəcək.

Daha əvvəl Səudiyyə Ərəbistanı və Türkiyənin strateji əməkdaşlıqla bağlı razılığa gəldiyi bildirilir.