Bayram günlərinin şok statistikası: 18 nəfər zəhərləndi

2 Yanvar 2016 15:58 (UTC+04:00)

Azərbaycanda bayram günlərində - 31 dekabr, 1 yanvar və 2 yanvar tarixlərində ümumilikdə 12 nəfər dəm qazından zəhərlənib.
 

Teleqraf.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov bildirib.

 
A. Maqsudov deyib ki, dəm qazından zəhərlənmə ilə bağlı ölüm faktı və ağırlaşma halları qeydə alınmayıb.
 
Alkoqoldan zəhərlənmə ilə bağlı isə 6 fakt qeydə alınıb.