Neftin qiyməti qalxdı

4 Yanvar 2016 11:32 (UTC+04:00)

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, dekabrın 4-nə keçən gecə London İCE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb. Nyu York birjasında isə WTI neftinin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub.

Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə Sidneydəki CMC baş analitiki Rik Spuner söyləyib. Dubaydakı “Manaar Energy Consulting” analitiki Robin Mills də geosiyasi vəziyyətə dair qorxuların artdığını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir.