"İnter" Antalyaya gedir

4 Yanvar 2016 16:37 (UTC+04:00)

Bakının "İnter" futbol klubu təlim-məşq toplanışı keçmək məqsədilə yanvarın 4-də Antalyaya gedəcək.

Klubdan AZƏRTAC-a bildiriblər ki, "Riu Kaya Belek" mehmanxanasında məskunlaşacaq komandamızın hazırlıq prosesi yanvarın 23-dək davam edəcək.

"İnter" toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.