Tehranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib

4 Yanvar 2016 21:20 (UTC+04:00)

Tehranın mərkəzi meydanında şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq növbəti kütləvi etiraz aksiyası keçirilib.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər Əl-Saud sülaləsinin devrilməsinə dair şüarlar səsləndiriblər.

Yanvarın 3-də şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum ediblər. Bundan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.