İŞİD daha bir bölgədən geri çəkildi

5 Yanvar 2016 10:44 (UTC+04:00)

İŞİD terror təşkilatı döyüşçüləri Ənbar vilayətinin Hadisə rayonunun Bervane bölgəsindən geri çəkilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilib ki, döyüşlər zamanı 22 terrorçu öldürülüb, 37 İŞİD-çi yaralanıb. Müdafiə qüvvələrindən isə 7 əsgər həyatını itirib.

Samir