Məşhur meyxanaçının yeməyinə mismar atdılar

5 Yanvar 2016 12:11 (UTC+04:00)

Yeməyimə mismar atmışdılar. Bir də gördüm ki, boğuluram”.

Teleqraf.com xəbər verir ki, bunu “Ondan sonra” verilişində meyxanaçı Namiq Məna deyib: “O hadisədən sonra ölkə hüdudlarından kənarda xəstəxanaya getdim. Orada müayinədən keçdim, amma tərslikdən boğazımı yoxlatdırmadım. Sonra seyidə müraciət etdik. Sanki əlində maqnit vardı və boğazımdan mismar çıxdı. Təbii ki, şübhələndiyim insanlar var, amma onlar haqqında danışmaq istəmirəm. Məni izləyirdi, hara gedib gəldiyimi bilirdi. Müəyyən məqam olan kimi yeməyimə mismar atdı. Allahın möcüzəsi ilə xilas oldum. Bu gün mənim başıma gələn sabah sənin də başına gələ bilər”.

Rəqsanə