“Şou-biznesdə heç kimlə dava etmək istəmirəm” - Rəqqasə

5 Yanvar 2016 16:00 (UTC+04:00)

“Dəyişməyi sevirəm. Xüsusilə də xanımlar hər zaman fərqli görünməlidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atv maqazin onlarla” verilişində rəqqasə Fatimə Fətəliyeva deyib: “Mənə deyirdilər ki, qara geyinirsən. Ondan sonra müxtəlif rənglərdə paltar geyinməyə üstünlük verdim. Amma qara rəngdən başqa paltarlarda özümü əsl Fatimə kimi hiss eləmədim. Fatimə qaraqaş, qaragözdür axı”.

Rəqqasə 2016-cı ildən gözləntilərini də dilə gətirib: “Bu il Şou-biznesdə heç kimlə dava etmək istəmirəm. Ümumiyyətlə, heç kimlə münasibətimi korlamaq istəmirəm”.

Rəqsanə