Stokholmda partlayış: yaralılar var

7 Yanvar 2016 13:22 (UTC+04:00)

İsveçin paytaxtı Stokholmda partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin çoxmərtəbəli binalarından birində baş verib. Partlayışdan sonra binada dəhşətli yanğın meydana gəlib.

Hadisə nəticəsində ən azı 10 nəfər yaralanıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Samir