Naxçıvanda yol qəzası: 1 ölü

7 Yanvar 2016 15:39 (UTC+04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan şəhər sakini Şahin Qasımov idarə etdiyi “King-Long” markalı avtomobillə yolu keçən həmyerlisi Nihalə Abazərlini vurub.

Xəstəxanaya yerləşdirilmiş N.Abazərli orada ölüb.

Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov