Mingəçevirdə küçədən silah-sursat tapıldı

7 Yanvar 2016 16:43 (UTC+04:00)

Mingəçevir şəhər ərazisindən odlu silah və vasitələri tapılıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən 2 ədəd kustar üsulla hazırlanmış tapança, 2 ədəd qumbara, 57 ədəd müxtəlif çaplı patron, 2 ədəd alışdırıcı, 1 ədəd patron darağı və mexaniki elektrik ötürücüsü aşkarlanıb.

Hacı Zeynalov