Obameyanq Afrikanın ən yaxşısı seçildi

8 Yanvar 2016 10:18 (UTC+04:00)

Afrikada 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın Afrika Futbol Konfederasiyasının saytına istinadən yaydığı xəbərə görə, Qabon millisinin və "Borussiya"nın (Dortmund) futbolçusu Pyer-Emerik Obameyanq ötən ilin ən yaxşısı seçilib. O, səsvermədə Yaya Ture ("Mançester Siti") və Andre Ayyunu ("Suonsi") qabaqlayıb.

Qeyd edək ki, son dörd il idi ki, bu mükafatı Y.Ture qazanırdı.