UEFA 2015-ci ilin rəmzi komandasını müəyyənləşdirdi

9 Yanvar 2016 13:37 (UTC+04:00)

UEFA 2015-ci ilin rəmzi komandasını açıqlayıb.

Siyahıda 4 klubun futbolçuları yer alıb.

Qurumun rəsmi saytında aparılan səsvermədə 7 milyon azarkeş iştirak edib. Ən çox səsi isə "Barselona"nın ulduzu Lionel Messi toplayıb.

Qapıçı: Manuel Noyer ("Bavariya" – 379 min 304 səs)

Müdafiəçilər: David Alaba ("Bavariya" – 433 min 244), Serxio Ramos ("Real", Madrid – 330 min 647), Daniel Alveş ("Barselona" – 291 min 611), Jerar Pike ("Barselona" – 254 min 279)

Yarımmüdafiəçilər: Andres İniyesta ("Barselona" – 401 min 574), Pol Poqba ("Yuventus" – 361 min 421), Xames Rodriges ("Real", Madrid – 260 min 871)

Hücumçular: Lionel Messi ("Barselona" – 448 min 445), Neymar ("Barselona" – 282 min 327), Kriştiano Ronaldo ("Real", Madrid – 260 min 811). /SportLine.az/