Xırdalanda yanğın olub, 25 nəfər təxliyə olunub

10 Yanvar 2016 22:23 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.