Məsciddən 3 kişi meyiti tapıldı - VİDEO

11 Yanvar 2016 09:23 (UTC+04:00)

Şırnakın Silopi mahalında PKK terrorçularına qarşı əməliyyat keçirən təhlükəsizlik əməkdaşları məsciddə 3 kişi meyiti aşkarlayıblar.

Qurbanların terrorçular tərəfindən qətlə yetirildiyi ehtimal edilir. Məlumata görə, meyitlər Həzrəti Hüseyn məscidində tapılıb. 5 gün əvvəl qətlə yetirildiyi güman edilən şəxslərin cəsədləri müayinə olunması üçün Şırnak Dövlət Xəstəxanasının morquna verilib./Publika.az