Meksikada avtobus qəzası: 20 ölü, 25 yaralı

11 Yanvar 2016 10:41 (UTC+04:00)

Meksikanın Verakrus ştatında avtobus qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər həyatını itirib, 25-i yaralanıb.

Rəsmi məlumatlara görə, sərnişin avtobusu hadisə vaxtı futbol fanatlarını stadiona aparmaq üçün yola düşüb. Atoyak çayının üzərindəki körpüdən keçərkən, sürücü idarəetməni itirib və avtobus çaya düşüb.

Samir