Bakıda ruhi xəstə polisi ayağa qaldırdı

11 Yanvar 2016 12:14 (UTC+04:00)

Bakının Səbail rayonunda hüquq-mühafizə orqanlarına partlayış baş veriləcəyi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Kamal Mikayılov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, əvvəlcə Ermənistan Respublikasını, sonra isə işlədiyi yeri partladacağını bildirib.

Hadisə ilə bağlı müvafiq qurumlarda araşdırma aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kamal Mikayılov ruhi xəstədir. O, ruhi əsəb dispanserinə təhvil verilib.

Hacı Zeynalov