Putin: "Rusiyanı düşmən elan etmək düzgün deyil"

11 Yanvar 2016 13:51 (UTC+04:00)

"Dünya dövlətləri terrorçuluğa qarşı birgə mübarizə aparmalıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Bild" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər birgə mübarizə məsələsində Rusiyanın mövqeyi fərqlidisə, onu düşmən elan etmək lazım deyil, əksinə kompromis əldə etmək lazımdır: "Bizim ümumi təhlükəmiz var. Terrorçuluqla birgə mübarizə aparmalıyıq. Bu tək terrorçuluqla deyil, həm də cinayətkarlıqla, insan alveri ilə, ümumi problemlə mübarizə deməkdir. Ancaq bu hər zaman bütün məsələlərdə eyni fikirdə olmalıyıq anlamına gəlməməlidir ".

Putin 11 sentyabr hadisəsindən sonra o zamankı ABŞ prezidenti Corc Buşa zəng edib başsağlığı verdiyini və kömək əlini uzatdığını deyib: "Biz həmin vaxt terrorçuluqla mübarizə birgə addımlar atmağa hazır idik. Paris hadisələrindən sonra da Fransa prezidenti ilə eyni razılığa gəldik".

Samir