“Zəlimxan bizi tək qoyub getdi” - Canəli Əkbərov

11 Yanvar 2016 14:02 (UTC+04:00)

Xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar olaraq I Fəxri Xiyabana sənət adamlarının axını davam edir.

Teleqraf.com xəbər verir ki, onların arasında xalq artisti, tanınmış xanəndə Canəli Əkbərov da var. Xalq şairinin şeirlərindən birinə vaxtilə musiqi bəstələdiyini deyən Canəli Əkbərov mərhumu belə xatırlayıb: “Zəlimxan Yaqub mənə həmişə tədbirlərdə Canəli Borçalı deyirdi. Onun şeirlərindən birinə vaxtilə musiqi də bəstələmişəm. O, çox dəyərli bir adam idi. Dünyadan köçməsi Azərbaycan ədəbiyyatı üçün müsibət oldu. Dünən evinə getmişdim. Evinin matəm içində olması məni çox kədərləndirdi. Həmişə şən gördüyüm o həyət və ev indi matəm içində idi. Bayaq da Təzə Pir Məscidində idim. İnsanların əlindən yer yox idi. Hamı onun ölümünə çox üzülür. Hər kəs göz yaşı içindədir. Bu, Zəlimxan Yaqubun qazancıdır. Zəlimxan bizi tək qoyub getdi. Allah rəhmət eləsin”.

Rəqsanə