Bakı sakini tanışını bıçaqladı

11 Yanvar 2016 14:52 (UTC+04:00)

Bakının Xətai rayonu ərazisində bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Emil Qarayev evində münaqişə zəminində tanışı Aqşin Ağabəyliyə bıçaqla xəsarət yetirib.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Hacı Zeynalov